Ömrünün sonunda hər kəs bədənini güclü saxlamaq, aktiv və sağlam olmaq, həkimlərə qaçmamaq, yaralardan əziyyət çəkməmək və hərəkət etməkdə çətinlik çəkməmək istəyir.
Məlum olub ki, belin dar və budların geniş olması sağlamlığın göstəricisi ola bilər.
Qaziler.az “Gazeta.ru”ya istinadla bunun niyə belə düşünüldüyünü sizə izah edir.
Çinli alimlər 65 yaşdan yuxarı 4627 çinli kişi və qadının iştirak etdiyi eksperiment keçiriblər. Qrupdakı kişi və qadınların nisbəti təxminən bərabər olub. Bütün iştirakçıların bel və baldır ölçüləri götürülüb. Daha sonra mütəxəssislər insanların keçirdiyi xəstəliklərə də diqqət yetiriblər. Çox vaxt yaşlı insanlar ürək-damar, kəskin respirator xəstəliklər və xərçəngdən əziyyət çəkdikləri məlum olub.
Mütəxəssislər qeyd ediblər ki, həkimlər sağlamlıq vəziyyətini təhlil edərkən adətən bədən kütləsi indeksinə diqqət yetirirlər. Eyni zamanda, göstərici bədənin əzələ və yağ kütləsinin faizi haqqında dəqiq bir fikir vermir, baxmayaraq ki, bu vacibdir. Ona görə də, bu dəfə alimlər nəticəni bel və baldırların çevrəsinə əsaslanmaqla qərara gəliblər.
QAZİLER.AZ