Duz yeməklə orqanizmdə nələri məhv edirik? - Həkim izah etdi

Duz yeməklə orqanizmdə nələri məhv edirik? - Həkim izah etdi backend

“Duzlu qidalara aludəçilik və qidanı çox duzlamaq vərdişi insult riskini əhəmiyyətli dərəcədə artırır və böyrəklərdə artan stress yaradır”.

Qaziler.az xəbər verir ki, bu fikirləri Qastroenteroloq Kristofer Damman "The Conversation" nəşrinə bildirib.

Mütəxəssisin fikrincə, duzlu qidaların həddindən artıq olması damarlarda normal qan axınına mane olur. Buna görə də müəyyən xroniki xəstəlikləri olan insanlar üçün belə qidalanma sağlam insandan daha təhlükəlidir.

Dammanın dediyinə görə son araşdırmalar duzun bağırsaq mikrobiomuna mənfi təsir göstərdiyi, faydalı mikrobların, eləcə də həzmdə əsas metabolitlərin səviyyəsini azaltmasına gətirib çıxardığını göstərib. Çünki onların fəaliyyəti qan damarlarında iltihabı azaltmaq və normal qan təzyiqini saxlamaq üçün lazımdır.

Həkim əlavə edib ki, insanlar heç də həmişə qidalarında duzun çox olduğunu bilmirlər. Məsələn, ABŞ sakinləri duzlarının 70%-ni işlənmiş qidalardan alırlar. Bunlara “fast food”, müxtəlif kolbasa və sosislər, omlet və bastırma, souslar, çipslər və s. Sonda Damman tərəvəz, meyvə və şəkəri az olan qidaları seçməyi tövsiyə edib.

QAZİLER.AZ

Diaspora