ABŞ alimləri kariyesin müalicəsində SSRİ üsulundan istifadə etdi

ABŞ alimləri kariyesin müalicəsində SSRİ üsulundan istifadə etdi backend

ABŞ stomatoloqları SSRİ-də 1920-ci illərin əvvəllərindən tətbiq edilən, lakin indi keçmişin yadigarı sayılan dişlərin gümüşləşdirilməsi prosedurunun uşaqlarda kariyesə qarşı mübarizədə kömək edib-etmədiyini yoxlamaq qərarına gəliblər.

Qaziler.az xəbər verir ki, bu haqda “Doctor Peter” portalı yazıb.

Tədqiqatların göstərdiyinə görə, gümüş örtük əslində kariyesin inkişafını dayandırır, lakin bir sıra əhəmiyyətli məhdudiyyətlər qoyur.

Belə ki, tədqiqat İnstitutunun alimləri ciddi diş çürüməsi olan bir yaşdan beş yaşa qədər 599 uşağı işə cəlb edib. Bəzi uşaqlara davamlı gümüş diamin florid (SDF) tətbiq edilib, digərlərinə isə plasebo verilib. Altı aydan sonra plasebo ilə müalicə olunan xəstələrdə kariyesin 21%, gümüş müalicəsində isə 54% irəliləyişin müşahidə olunduğu aşkar edilib.

Tədqiqatlar göstərir ki, SDF-nin tərkibindəki gümüş boşluq yaradan mikrobları öldürür və diş çürüməsini dayandıra bilər, flüor isə dişləri bərpa etməyə və gücləndirməyə kömək edir.

QAZİLER.AZ

Diaspora