Həkim və teleaparıcı Aleksandr Myasnikov "Rossiya 1" kanalında verilişdə danışarkən, menopozdan sonra yumurtalıqda kistanın olmasının xərçəng əlaməti olduğunu söyləyib. Xərçəng əlaməti ilə bağlı xəbərdarlıq etdiyi epizod "Smotrim" platformasında mövcuddur.
Qaziler.az bildirir ki, bu barədə lenta.ru yazıb.
"Yumurtalıqda kist var - bu niyə vacibdir? Əgər kista menopozdan sonra yaranırsa bu, böyük ehtimalla xərçəngdir”, - deyə mütəxəssis bildirib.
Həkimin dediyinə görə, belə kista mütləq xaric edilməlidir. "Çünki xərçəng lal qatildir", - deyib.
QAZİLER.AZ