Bədəndəki iltihabı azaldan 3 MƏHSUL

Bədəndəki iltihabı azaldan  3 MƏHSUL backend

Kətan toxumu yağı, mixək və kəpək bədəndəki iltihabı və ağrıları azaltmağa kömək edir.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu immunoloq Andrey Prodeus Birinci Kanalın efirində yayımlanan “Sağlam yaşamaq” verilişində deyib. O bu məhsulların qan damarlarını qorumağa kömək edəcəyini vurğulayıb.

Kətan toxumu yağı “omeqa-3” tərkibinə görə rekordçudur, artıq iltihabı yatırır. “Omeqa-3” gərgin immunitet sistemini sakitləşdirir.

“Əgər əzələ-sümük ağrılarınız varsa, onu gündəlik qida rasionunuza daxil edin”,  - Prodeus bildirib.

“Antioksidant eugenol mixəyin tərkibində var. Bu element hüceyrələri məhv olmaqdan qoruyur. Maddə DNT və ya hüceyrə divarına zərər verə bilən sərbəst radikalları aradan qaldırır və iltihabın qarşısını alır. Ən yaxşı antioksidant təsiri əldə etmək üçün mixəkləri əzmək lazımdır”, - həkim vurğulayıb.

Bağırsaq mikroflorasını normallaşdırmaq üçün gündə cəmi 30 qram qarğıdalı kəpəyi istehlak etmək kifayətdir. Onlar bağırsaqlarda faydalı mikroblar və bakteriyalar üçün lazımdır. Sağlam bağırsaq mikrobları isə immuniteti tənzimləyir.

QAZİLER.AZ

Diaspora