İki il dalbadal musiqi dinləyərək yuxuya gedən gənc çinli xanım eşitmə cihazından istifadə etmək məcburiyyətində qalıb.
Qaziler.az bildirir ki, bu barədə “Oddity Central” məlumat yayıb.
Qurbanın yaşı və adı açıqlanmasa da, “Oddity Central” onu "gənc qadın" adlandırır və Şandunda yaşadığını deyir. Qadın bir gün müdirinin çıxışını başa düşməkdə çətinlik çəkdiyini anladıqdan sonra həkimə müraciət edib.
Müayinə zamanı sol qulağında qalıcı nevroloji zədələnmə aşkarlanıb. Əvvəlcə həkim qadının qulağından zədə aldığını və ya uzun müddət yüksək səs mənbəyinin yaxınlığında olduğunu güman edib. Lakin sonradan məlum olub ki, çinli qadın hələ kollecdə oxuduğu vaxtdan musiqi dinləyərkən qulaqlıqla yuxuya getməyə öyrəşdiyi üçün eşitmə orqanı zədələnib.
“Kollecdə oxuyanda musiqi ilə yuxuya getməyi xoşlayırdım. Zaman keçdikcə bu vərdiş halına gəldi. Son iki ildə mən hər gecə qulaqlıqla yatıram”, - deyə xəstə həkimə bildirib.
Qadının gecə dinlədiyi musiqi yüksək olmasa da, intensiv yükləndiyindən qulağına ziyan vurub.
QAZİLER.AZ