Sızanaqlar üçün bəzi kosmetik məhsullar tərkibindəki benzol səbəbiylə dəri xərçənginin inkişafına səbəb ola bilər.
Qaziler.az bildirir ki, bunu onkoloq, tibb elmləri namizədi, Rusiya Tibb Elmləri Akademiyasının Klinik Onkologiya İnstitutunun baş elmi işçisi Yevgeni Çeremuşkin NEWS.ru”ya müsahibəsində deyib. Onun sözlərinə görə, bu komponent rosaçea və digər infeksiyalara qarşı dərmanlarda da var: “Bununla belə, bir qayda olaraq, iri şirkətlər heç vaxt benzolun icazə verilən konsentrasiyasını aşmır”, - deyə ekspert əlavə edib.
“Benzol sızanaqlar üçün bəzi kosmetik məhsulların tərkibində olur və kanserogen faktorlar qrupuna daxildir. Məlum olduğu kimi, kanserogenlər onların dozası və istifadə müddəti aşıldığında xərçəngin inkişafına təkan verir. Axı, benzol həm də rosaçea və digər yoluxucu dəri xəstəliklərinin müalicəsi üçün dərmanların tərkib hissələrindən biridir. Böyük kosmetik şirkətlər bunun zərər verə biləcəyini bilərək, onun dozasını aşmağa heç vaxt icazə verməyəcəklər”, - Çeremuşkin izah edib.
QAZİLER.AZ