Duzdan istifadəni azaltmaq barədə həkim məsləhəti

Duzdan istifadəni azaltmaq barədə  həkim məsləhəti backend

Duz qəbulunu azaltmaq üçün yeməklərin etiketlərini diqqətlə oxumaq lazımdır. Həmçinin tərəvəz, makaron və dənli bitkiləri bişirərkən suya duz əlavə etməkdən çəkinmək lazımdır.

Qaziler.az bildirir ki, bunu kardioloq Eteri Kolesnik məsləhət görüb. Mütəxəssis "Veçernyaya Moskva" qəzetinə verdiyi müsahibəsində böyüklərin gündə orta hesabla 11 q duz yediyini bildirib. Hansı ki, bu, normada 5 q-dan çox olmamalıdır.

Həkimin sözlərinə görə, qida rasionunda duzun azaldılması sağlamlığa faydalı təsir göstərəcək və ürək-damar xəstəliklərinə tutulma riskini azaldacaq.

Kolesnik qeyd edib ki, duz qəbulunu məhdudlaşdırmaq, qan təzyiqini aşağı salmağa kömək edir, bu da yüksək təzyiqdən əziyyət çəkən xəstələr üçün vacibdir.

O, həmçinin yeməyə duz əlavə etmək vəsvəsəsindən qorunmaq üçün duz qabını masadan çıxartmağı, yeməklərə göyərti və ədviyyatlar əlavə etməyi məsləhət görüb.

QAZİLER.AZ

Diaspora