Pivə, şərab və ya yetişmiş meyvə yemək xərçəng və ya Alzheimer xəstəliyinə tutulma riskini azaldır.
Qaziler.az xəbər verir ki, bu barədə “The Sun” müvafiq araşdırmaya istinadən yazıb.
Məqalə müəllifləri aydınlaşdırıblar ki, alkoqoldan sui-istifadə sağlamlığa zərərli olsa da, bəzi içkilərin tərkibindəki diasetil xərçəngin müalicəsində istifadə olunan dərmanlarla eyni şəkildə fəaliyyət göstərir.
Diasetil fermentləşdirilmiş qidalarda olur və dünyada ən məşhur aromatizatorlardan biridir. Mütəxəssislər belə nəticəyə gəliblər ki, həmin qoxunu iyləmək neyrodejenerasiya və ya yaddaş pozğunluğunu da gecikdirə bilər.
QAZİLER.AZ