İçməli suyun mikroplastiklərdən təmizlənməsinin ən sadə üsulu tapılıb

İçməli suyun mikroplastiklərdən təmizlənməsinin ən sadə üsulu tapılıb backend

Çin alimləri aşkar ediblər ki, qaynar su ondan mikroplastikləri təmizləmək üçün sadə və effektiv üsuldur. Bu xüsusilə sərt su üçün vacibdir, çünki burada metodun effektivliyi 90% -ə çatır.

Qaziler.az xəbər verir ki, “Environmental Science & Technology Letters” jurnalında dərc olunan araşdırmada Quançjou Tibb Universiteti və Jinan Universitetinin alimləri müxtəlif növ kran suyu nümunələrinə mikroplastik hissəciklər əlavə ediblər. Sonra suyu 5 dəqiqə qaynadıblar.

Məlum olub ki, sərt suda (yüksək kalsiumlu) qaynama mikroplastiklərin 80%-ə qədərini təmizləyir.

Bu, qaynadılan zaman kalsiumun plastiklə reaksiyaya girərək, həll olunmayan birləşmələr əmələ gətirdiyi üçün baş verir.

Yumşaq suda təsir daha az nəzərə çarpırıb, Belə ki, qaynadılma  mikroplastiklərin yalnız 25% -ni çıxarıb.

Beləliklə, qaynatmağın içməli suyu daha təmiz etmək üçün sadə və əlverişli bir yol olduğu vurğulanıb.

QAZİLER.AZ

Diaspora