Xüsusilə qış mövsümündə üstünlük verilən bitki çayları səhv istehlak edildikdə xeyirdən çox zərər verə bilər. Mütəxəssislər xəstəliklərdən qorunmaqda təsirli olan bitki çaylarında əks təsirlərə diqqətli olmaq barədə xəbərdarlıq ediblər. Bəs bitki çayları necə istehlak edilməlidir?
Qışda immuniteti gücləndirmək üçün bitki çaylarının istehlakı artır, lakin təbii yolla bir çox xəstəliklərə şəfa verən bitki çayları səhv istehlak edildikdə zərərli ola bilər.
Türkiyəli həkim Eylem Ezgi Fadıloğlu bitki çaylarının necə istifadə olunduğunu izah edib.
Fadıloğlu: "İmmunitet sistemini gücləndirmək və bədən müqavimətini artırmaq üçün mövsümi tərəvəz və meyvələrin bütün rəng və çeşidlərindən faydalanmaq lazımdır. Sağlamlıq üçün bitki çaylarından da dəstək almaq olar. Ancaq otların yan təsirləri də ola bilər" deyib. Təsirlərinə görə bitki çayları düzgün şəkildə istehlak edilməli, istifadə miqdarına diqqət edilməlidir", - deyib.
Cökə, adaçayı, qızılgül, çobanyastığı kimi yarpaq bitki çaylarının 4-5 dəqiqə dəmlənərək hazırlanmalı olduğunu ifadə edən Fadıloğlu bildirib: "Zəncəfil, darçın kimi kök bitki çayları 1-2 dəqiqə qaynadılmalı, sonra süzülməlidir. Daha uzun müddət dəmləmək və ya qaynatmaq müxtəlif zərərli yan təsirlərə və ya bitkidəki faydalı maddələrin itməsinə və gözlənilən faydalı təsirin görünməməsinə səbəb ola bilər".
Dəmlənmiş çay dərhal istehlak edilməli, üzərinə su əlavə edilərək təkrar istifadə edilməməli, yenidən qızdırılaraq saatlarla saxlanmamalıdır. Suyu qaynatmaq olmaz, amma temperaturu 80 dərəcə selsi olmalıdır və ya qaynadıqdan sonra ən azı 1 dəqiqə saxlanmalıdır.
Keyfiyyətli içməli sudan istifadə edilməlidir. Şəkər yerinə bala üstünlük verilərsə, öskürəyə yaxşı gəlir. Ancaq bal çayınıza isti halda deyil, ilıq olanda əlavə edilməlidir”, - deyə xəbərdarlıq edib.
QAZİLER.AZ