Qırmızı işıq qanda şəkərin səviyyəsini aşağı salır - Araşdırma

Qırmızı işıq qanda şəkərin səviyyəsini aşağı salır - Araşdırma backend

Alimlər 670 nanometr qırmızı işığın mitoxondrilərdə enerji istehsalını stimullaşdıra biləcəyini aşkar ediblər. Bu, qlükoza istehlakının artmasına səbəb olur.

Məlum olub ki, qırmızı işıq insan orqanizmi üçün faydalı ola bilər. Tədqiqatçılar müəyyən ediblər ki, 670 nanometr (nm) işıq şəkər qəbulundan sonra qanda qlükoza səviyyəsini 27,7% azaldıb, maksimum 7,5% isə qlükoza artımı olub.

Dalğa uzunluğu 670 nm olan qırmızı işığın qanda qlükoza səviyyəsinə təsirini öyrənmək üçün alimlər 30 sağlam insan seçiblər. Onların hamısı iki qrupa bölünüb: dalğa uzunluğu 670 nm olan qırmızı işıq qrupunda 15 nəfər və işıqsız 15 nəfər. Qlükozanı istehlak etməzdən 45 dəqiqə əvvəl qırmızı işığa məruz qalanların iki saat ərzində daha aşağı pik və ümumi qan şəkəri səviyyəsinə sahib olduğunu müəyyən ediblər.

QAZİLER.AZ

Diaspora