El arasında şalfey kimi çox tanınan dərman bitkisi sürvə şəkər və diabetə bağlı xolesterin, damar problemlərinin çarəsi ola bilər.
QAZILER.AZ. Publika.az-a istinaden xəbər verir ki, alimlər sürvə ekstraktının qanda şəkərə təsir etdiyini araşdırıb.
Nəticələr göstərib ki, bu çayı içdikdən sonra xəstələrdə aclıq şəkəri daha aşağı olub.
Eləcə də xolesterin, triqliseridlər, lipid səviyyəsi də düşmüş olub.
Alimlər qərara gəlib ki, sürvə yarpaqları diabet xəstələrinə antihiperqlikemik təsir edir, ona görə də bu xəstələrə xüsusən, aclıq şəkərini salmaq üçün sürvə ekstraktının yüksək dozalarını içmək tövsiyə olunur.