Norveç Elm və Texnologiya Universitetinin alimləri kağız üzərində əl yazısının kompüter klaviaturasında yazmaqla müqayisədə müsbət təsirini aşkar ediblər.
Qaziler.az xəbər verir ki, “Tədqiqat Frontiers in Psychology” elmi jurnalında dərc olunub.
Əllə hərflərin yazılması prosesinin daha çox beyin əlaqəsinə səbəb olub-olmadığını öyrənmək üçün tədqiqatçılar hər iki mətnin yaradılmasında iştirak edən beynin sinir strukturlarını tədqiq ediblər.
Təcrübədə elm adamları ekranda görünən sözləri əl ilə və ya klaviaturada yazmaq tələb olunan 36 şagirdin elektroensefaloqramma (EEQ) məlumatlarını toplayıblar. Əl yazısı daxil etmək üçün könüllülər t”ouchpad” və “stilusdan” istifadə ediblər.
EEQ göstərib ki,beynin müxtəlif bölgələri ilə əlaqəsi insanlar peçatlayanda deyil, əllə yazdıqda artıb. Effekt ayrıca hərflər çəkərkən barmaqların hərəkətləri ilə bağlıdır. Belə ki, əllə yazarkən beyin daha çox stimullaşır, nəinki klaviatura düymələrinə basılarkən.
Tədqiqatın müəlliflərindən biri, professor Audrey van der Meer, "Əl ilə yazarkən beyinin qarşılıqlı əlaqə nümunələrinin klaviaturada yazmaqdan daha mürəkkəb olduğunu gördük" deyib.
Praktiki baxımdan qeydlərin əl ilə aparılması məlumatın saxlanmasını və strukturlaşdırılmasını yaxşılaşdırır. Alimlər hesab edirlər ki, bu, məktəblilərə və tələbələrə kurrikulumun daha tez və etibarlı şəkildə mənimsənilməsinə kömək edə bilər.
QAZİLER.AZ