Toyuğun bu hissələri zəhərlənməyə səbəb olur

Toyuğun bu hissələri zəhərlənməyə səbəb olur backend

Çox vaxt insanlar kifayət qədər işlənməmiş toyuq quyruğu və ya quş əti birləşmələri ilə zəhərlənirlər.

Qaziler.az bildirir ki, bu barədə “Sputnik” radiosuna müsahibəsində diyetoloq, tibb elmləri namizədi Yelena Solomatina danışıb.

Həkimin sözlərinə görə, qrildə bişirilən toyuq və ya toyuq kabablarında bəzi yerlərdə ət bişməyə bilər. Ən təhlükəli yerlər quyruq və oynaqlardır. Həmin yerlərdə böyük miqdarda “salmonella” və bağırsaq çöpləri olan “E. Coli” ola bilər. Toyuğun içalatında təhlükəli xəstəliklərin patogenləri ehtiva edə bilər. Bundan başqa toyuğun ayaqları da çirkdən tamamilə təmizlənməyə bilər.

Bundan əlavə, qaraciyər və dəri çoxlu yağ ehtiva edir və yüksək qan xolesterolu olan insanlar üçün təhlükə mənbəyidir.

“Toyuq dərisi ilk növbədə qanında xolesterinin səviyyəsi yüksək olan və ya  ateroskleroz əlamətləri olanlar üçün təhlükəlidir. Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər və ya çəkisini nizamda saxlayanlar tərəfindən yeyilməməidir. Qızardılmış toyuq dərisi kanserogenlər ehtiva edir və xərçəngə səbəb ola bilər. Bundan əlavə, hüceyrə qocalmasını sürətləndirir”, - Solomatina qeyd edib.

QAZİLER.AZ

Diaspora