İnsultdan sonra bərpa olunmağın ən effektiv ÜSULU

İnsultdan sonra bərpa olunmağın  ən effektiv ÜSULU backend

“Medscape Medical News” Pekin Tiantan Xəstəxanasının mütəxəssisləri tərəfindən aparılan tədqiqatın nəticələrinə istinadən yazır ki, ginkqo biloba bitkisinin yarpaqları insult nəticəsində pozulmuş idrak funksiyalarını bərpa etməyə kömək edə bilər.

Qaziler.az bildirir ki, tədqiqatda yüngül və orta dərəcəli insult keçirmiş 3,1 mindən çox xəstə iştirak edib.

İnsult xəstələri iki qrupa bölünüb. Birinci qrupa 14 gün ərzində ginkqo bilobanın bioloji aktiv komponentlərinin kombinasiyası, ikinci qrup subyektlərə isə plasebo verilib. Müqayisəli təhlil nəticəsində məlum olub ki, birinci qrup xəstələr koqnitiv funksiyaların bərpasının öhdəsindən daha tez gəliblər. Alimlərin qeyd etdiyi kimi, dərmanın effektivliyi onun beyinə neyroprotektiv təsir göstərməsi, hüceyrələrinin hipoksiyaya qarşı dözümlülüyünü artırması ilə bağlı ola bilər. Ancaq hələ də xəstələrin müalicəsində istifadə edilə bilməz.

Bu işdə təqib müddəti cəmi 90 gün olduğu üçün inyeksiyaların uzunmüddətli təsiri daha uzun tədqiqatlar tələb edir.

QAZİLER.AZ

Diaspora