Mədəaltı vəzi üçün ən zərərli səhər yeməyi açıqlanıb

Mədəaltı vəzi üçün ən zərərli səhər yeməyi açıqlanıb backend

“Səhər yeməyində çörək, pendir, yağ və yağlı qidalar yemək mədəaltı vəzinin sağlamlığına zərər verə bilər”.

Qaziler.az bildirir ki, bu fikirləri “Rossiyskaya qazeta” qastroenteroloq Sergey Vyalovun açıqlamasına istinadən xəbər verir.

Onun sözlərinə görə, bu məhsulların tərkibində yüksək xolesterin və trigliserid olduğu üçün xüsusilə zərərlidir. Onlar yalnız mədəaltı vəzin yükünü artırmır, həm də aterosklerozun inkişafına kömək edir.

Həkimlər həmçinin səhər yeməyində şirin yoqurt, şirə və nektar yeməyi məsləhət görmürlər. Bu, onların tərkibində qan damarlarının divarlarını zədələyən çox miqdarda şəkər olması ilə bağlıdır. Tez hazırlanan səhər yeməkləri də səhər qidası üçün pis qidaların siyahısındadır. Çünki onların qida dəyəri çox azdır və sintetik ləzzətlər ehtiva edir. Mütəxəssislərin fikrincə, bu cür yeməkləri istehlak etməklə insan özünə lazım olan enerjini təmin etmir, sadəcə orqanizmi boş kalori ilə doldurur.

QAZİLER.AZ

Diaspora