Ümumdünya Xəstələr Günü 1992-ci ildə Roma Papası II İohann Pavelin təşəbbüsü ilə təsis edilib. Papaya 1991-ci ildə parkinson xəstəliyi diaqnozu qoyulub. Diaqnoz qoyulandan sonra o, Xəstələr Gününün qeyd edilməsi təşəbbüsünü irəli sürüb.
QAZİLER.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, Ümumdünya Xəstələr Gününün qeyd olunmasında əsas məqsəd xəstələrin ağrı və iztirablarını yüngülləşdirmək və ictimaiyyətin diqqətini onlara göstərilən xidmətin səviyyəsini yüksəltməyə yönəltməkdir. Hər il Ümumdünya Xəstələr Günü çərçivəsində maarifləndirici aksiyalar təşkil edilir, xəstəliklərdən əziyyət çəkən insanlara dəstək məqsədilə müxtəlif tədbirlər keçirilir, xəstəxanalar ziyarət olunur, sağlamlığın qorunması və sağlam həyat tərzinin təbliği istiqamətində profilaktik addımlar atılır.