Rusiyalı endokrinoloq, diyetoloq, tibb elmləri namizədi Oksana Panova xəbərdarlıq edib ki, axşam yeməyindən tamamilə imtina maddələr mübadiləsinin yavaşlamasına və sağlamlığın pisləşməsinə səbəb ola bilər.
Qaziler.az bildirir ki, o, 78.ru ilə söhbətində axşam yeməyini qaçırmağın fəsadlarından danışıb.
Panova izah etdi ki, şam yeməyi pəhrizin mühüm tərkib hissəsidir və digər yeməklər kimi maddələr mübadiləsinə nəzarətdə iştirak edir. “Axşam yeməyini tamamilə atmaq zamanla maddələr mübadiləsini ləngidə bilər, bu səbəbdən siz nəinki arıqlamayacaq, həm də artıq çəki əldə etmək riski ilə üzləşəcəksiniz”, - deyə həkim bildirib.
Eyni zamanda, diyetoloq qeyd edib ki, yatmazdan əvvəl yemək yeməməlisiniz. O, yatmazdan ən azı 3-4 saat əvvəl yemək yeməyi və bu mümkün olmadıqda yuxuya getməzdən 1-1,5 saat əvvəl kiçik qəlyanaltı etməyi tövsiyə edir. "Ancaq bu, tam yemək deyil, sadəcə qəlyanaltı olmalıdır",- Panova əlavə edib.
QAZİLER.AZ