Həkim və qidalanma üzrə mütəxəssis Maykl Qreqer kakaonun dəridə yaşlanma əleyhinə təsirə malik olduğunu bildirib.
Qaziler.az “Daily Mail”ə istinadla bildirir ki, effekt içkinin 3 aylıq gündəlik istehlakından sonra nəzərə çarpır.
Mütəxəssisin sözlərinə görə, 12 həftə ərzində hər gün kakao içsəniz, dəriniz yaxşılaşacaq, daha sıxlaşacaq, quruluq aradan qalxacaq. Və üç aydan sonra nəinki dərinin elastikliyi geri qayıdacaq, həm də qırışlar azalacaq, - deyə ekspert vurğulayıb.
Maykl Qreqer əlavə edib ki, tədqiqatlar onun sözlərini təsdiqləyir, lakin israrla vurğulayıb ki, söhbət təbii məhsuldan gedir. Içkinin digər versiyaları deyilənlərə uyğun deyil.
“Əgər “qələvi ilə işlənmiş” və ya “qələviləşmiş” kakao görsəniz, o zaman bu kakao ilə hazırlanmış içki sizə müsbət təsir etməyəcək”, - mütəxəssis izah edib.
QAZİLER.AZ