Uroloq ən zərərli qidaları açıqladı

Uroloq ən zərərli qidaları açıqladı backend

Ən zərərli məhsullar çips və hisə verilmiş kolbasadır, çünki onların tərkibində daha çox kanserogen var.

QAZILER.AZ  Publika.az-a istinaden xəbər verir ki, bu barədə uroloq cərrah, androloq, tibb elmləri namizədi Mark Vladimiroviç danışıb.

"Ən zərərli qidalar çipslər və hisə verilmiş kolbasalardır, onların tərkibində ən çox kanserogen var. Şəkər və duz daha az zərərli deyil, lakin onlardan tamamilə imtina etmək qeyri-mümkündür, gündəlik dozalara və miqdara nəzarət edin", - həkim Gazeta.ru-ya açıqlamasında qeyd edib.

Ekspert içkilərdən də danışıb. Onun sözlərinə görə, gündə bir litrdən az maye içsəniz, öd daşı xəstəliyi və qanın qatılaşması riski ciddi şəkildə artır. Güclü spirt isə beyin neyronları üçün çox təhlükəlidir, çünki o, neyrotoksik zəhər kimi çıxış edir. Bundan əlavə, həkim oturaq həyat tərzinin təhlükələrini xatırladıb. Onun sözlərinə görə, çanaqda qanın durğunluğu prostatitə, adenoma və hemoroid, həmçinin qadınlarda uşaqlıq miomasını təhrik edir. Uzun müddət cinsi əlaqədə olmamaq da təhlükəlidir, çünki çanaq orqanlarının xəstəliklərini artırır.

45 yaşdan sonra həkim insanları ən azı iki ildə bir dəfə müayinədən keçməyi tövsiyə edib. O, qeyd edib ki, erkən diaqnoz və müayinə sayəsində ürək, qaraciyər və böyrəklərlə bağlı problemlərin qarşısını almaq olar

Diaspora