Ömrü uzadan çaylar

Ömrü uzadan çaylar backend

Dünyanın ən məşhur içkilərindən biri də çaydır. Onun yüzlərlə növü və çeşidi var. Onların hər biri unikal xüsusiyyətlərə malikdir və bədənə müsbət təsir göstərir. Mütəxəssislər ömrü uzadan ən sağlam çay növlərini aşkar ediblər.

QAZİLER.AZ  Lent.az-a istinadən xəbər verir ki, onların hər birinin orqanizmə fərqli təsiri var.

Yaşıl çay güclü antioksidantdır, orqanizmi sağaldır, immunitet sistemini gücləndirir və qocalma prosesini ləngidir. Bundan əlavə, bu çay orqanizmi toksinlərdən təmizləyir. Xüsusi maddələrin yüksək konsentrasiyasına görə, içki stressi azalda bilər, həzm və maddələr mübadiləsini yaxşılaşdırır. Bu da kilo verməyə kömək edir.

Olong çayı qara və yaşıl çayı birləşdirən yarı fermentləşdirilmiş içkidir. Çay qocalma prosesini ləngidir və bədəndəki artıq piylərdən qurtulmağa kömək edir. O, həmçinin dərini təmizləyən və immunitet sistemini gücləndirən zəngin C vitamini və antioksidant mənbəyidir.

Ağ çay güclü xərçəng əleyhinə xüsusiyyətlərə malikdir və ürək xəstəliyi riskini azaltmağa kömək edir. Maddələr mübadiləsinə müsbət təsir edir və immuniteti artırır.

Çobanyastığı çayı iltihabı aradan qaldırır, ağrıları azaldır, sakitləşdirir və yuxunu yaxşılaşdırır. Bu çay həm də virus xəstəliklərinin qarşısını alır.

 

 

Diaspora