Qanda şəkərin səviyyəsini aşağı salan dadlı içki: 15 dəqiqə kifayətdir...

Qanda şəkərin səviyyəsini aşağı salan dadlı içki: 15 dəqiqə kifayətdir... backend

Hər kəs təzə sıxılmış şirələri sevir və burada təəccüblü heç nə yoxdur. Lakin damaq dadımızı dəyişmək, susuzluğumuzu yatırtmaq onların əsas məqsədi deyil. Təzə meyvə şirələri insan orqanizminə faydalı təsir göstərir, onu vitaminlər və mikroelementlərlə doyurur.

Alimlər nar şirəsini qida rasionunuza daxil etməyi məsləhət görürlər. Məlum olub ki, o, qan şəkərinin səviyyəsini aşağı salmağa qadirdir, 

Tədqiqat iki həftə davam edib. İştirakçılar 3 qrupa bölünüb: birinə nar şirəsi, digərinə su, üçüncü qrupa isə şəkər tərkibli içkilər verildi. Nəticədə məlum olub ki, nar şirəsi istehlakından sonra 15 dəqiqə ərzində qanda qlükoza səviyyəsini aşağı sala bilir.

Düzdür, həddi aşmaq olmaz. Həkimlər gündə 200-300 ml-dən çox nar şirəsi içməməyi məsləhət görürlər. 

QAZİLER.AZ

Diaspora