Yaddaşınızı iki dəfədən çox artırmaq üçün QOXU TESTİ

Yaddaşınızı iki dəfədən çox artırmaq üçün QOXU TESTİ backend

Bir çox insan demensiya və digər zehni pozğunluqlardan əziyyət çəkir. Məhz buna görə də mütəxəssislər daim yaşlı insanlarda koqnitiv pozğunluqların müalicəsində çox səy tələb etməyən, lakin yüksək effektiv və əlverişli olan yeni yanaşma axtarırlar.

QAZİLER.AZ  Lent.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, kəskin qoxunun təsiri qocalıqda yaddaşı və digər idrak qabiliyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Tədqiqatda yaddaş pozğunluğu olmayan 60-85 yaş arası kişi və qadınlar iştirak edib. Bir qrup könüllüyə güclü qoxu olan yeni diffuzor patronları, ikinci qrupa isə az miqdarda bitki yağı olan əvəzedici patronlar verilib. Hər gecə yatmazdan əvvəl iştirakçılar diffuzora yeni bir patron qoyublar və o, onlar yatarkən iki saat ərzində otağa ətir yayıb.

Bir neçə koqnitiv testdən sonra alimlər müəyyən ediblər ki, birinci qrupda yaddaş və digər zehni qabiliyyətlər digər qrupla müqayisədə 226 faiz yaxşılaşıb. Güclü qoxulu diffuzorları olan iştirakçılar daha yaxşı, keyfiyyətli yuxuya getdiklərini bildiriblər.

Mütəxəssislər ümid edirlər ki, onların kəşfi yaddaş pozğunluqlarının iybilmə müalicəsi ilə bağlı əlavə tədqiqatlara səbəb olacaq.

 

 

Diaspora