Alimlər: Əllə yazmaq beyin üçün faydalıdır

Alimlər: Əllə yazmaq beyin üçün faydalıdır backend

Əl ilə yazmaq beyni daha yaxşı inkişaf etdirir.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Frontiers in Psychology” jurnalında dərc olunan araşdırmada bildirilib.

Alimlər 36 universitet tələbəsindən elektroensefaloqramma (EEQ) vasitəsilə toplanmış beyin fəaliyyəti məlumatlarını təhlil ediblər. Beyin fəaliyyətini ölçərkən onlardan bir neçə dəfə qələmlə yazmaq və ya ekranda görünən sözü klaviaturada yazmaq tapşırılıb. Onlar əl yazısı üçün rəqəmsal qələm və sensor ekrandan istifadə edib, klaviaturada yazarkən düymələri bir barmaqla basıblar.

İştirakçılar qələmlə yazanda beynin müxtəlif nahiyələrində aktivlik artıb, lakin klaviaturada yazanda belə olmayıb. Alimlər hesab edirlər ki, qələmdən istifadə zamanı hisslərdən alınan informasiya beyində öyrənmə üçün zəruri olan əlaqələrin formalaşmasına daha yaxşı kömək edir. Klaviaturada yazarkən sadəcə düymələrə basılır ki, bu da beyni daha az stimullaşdırır.

Alimlər qənaətə gəliblər ki, klaviaturada yazmağın bir çox faydası (sürət də daxil olmaqla) olsa da, vaxtaşırı əlyazmalardan istifadə etməyə dəyər.

 

 

Diaspora