“Yoxsulluq içində yaşayan insanlarda nisbətən gənc yaşda - 40-50 yaşlarında ürək-damar xəstəlikləri riski daha yüksəkdir”.
Qaziler.az xəbər verir ki, bunu “KP.RU”ya müsahibəsində kardioloq Faina Lobjanidze deyib. Onun sözlərinə görə, uşaqlıqda valideyn zorakılığına məruz qalanlarda 40-45 yaşlarında ürək-damar xəstəliklərinin inkişafı daha çox olur.
Mütəxəssis izah edib ki, aşağı gəlir səviyyəsi ilə istehlak səbətində müəyyən uyğunsuzluq olur. Tərkibi faydalı vitamin və mikroelementlərlə zəngin olan məhsullar azlıq təşkil edir. Bura kolbasa, hazır əriştə, yarımfabrikatlar, un və s.
“Bu qidalanma tərzi tədricən piylənməyə gətirib çıxarır və arterial hipertoniya, ateroskleroz, 2-ci tip şəkərli diabet, ürək-damar xəstəliyi və xərçəngin inkişafı üçün risk faktorlarından biridir”, - deyə ekspert xəbərdarlıq edib.
QAZİLER.AZ