Dünyada koronavirusa yoluxma artıb, siyahıda Rusiya birincidir

Dünyada koronavirusa yoluxma artıb, siyahıda Rusiya birincidir backend

Dekabrın 11-dən yanvarın 7-dək dünyada koronavirusa yoluxma halları əvvəlki dörd həftə ilə müqayisədə 4 % artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Ən çox yoluxma halı Rusiyada - 225 198 nəfər qeydə alınıb.

Bununla yanaşı, xəstəlikdən ölüm halları dünya üzrə 26 % azalıb.

Dörd həftə ərzində dünyada 1 113 726 yoluxma və 8 700 ölüm müəyyən edilib. Xəstəxanalara yerləşdirilənlərin sayı 28 gün ərzində 40 % artaraq 173 mini keçib, reanimasiya şöbələrinə yerləşdirilən xəstələrin sayı da 13 % (ümumilikdə təxminən 1 900 nəfər) artıb.

Hazırda dünyada ən çox yayılmış ştamm JN.1-dir.

Koronavirusa ən çox yeni yoluxma hallarının qeydə alındığı ilk beş ölkə Rusiyadan sonra Sinqapur (174 643), İtaliya (163 599), Yunanıstan (68 590) və Malayziya (67 206) olub. Ən çox ölüm halı isə İtaliyada qeydə alınıb – 1 016 nəfər. Siyahıda sonrakı yerlərdə Rusiya (679), Polşa (543), İsveç (446) və Yunanıstan (322) qərarlaşıb.

Diaspora