Hər gün C vitamini qəbul etsək, bədəndə nə baş verər?

Hər gün C vitamini qəbul etsək, bədəndə nə baş verər? backend

Vitamin C sitrus meyvələrində olan və bir çox insanın ruhdan düşdüyü zaman müraciət etdiyi məşhur vitamindir. Çünki o, immunitet sistemini gücləndirir və soyuqdəymənin müddətini qısaldır.

“Eating Well” yazır ki, C vitamini müxtəlif bədən funksiyalarını dəstəkləyən birləşmələrin istehsalını təşviq edən vacib qida və antioksidantdır.

Vitamin C və ya L-askorbin turşusu təbii olaraq qidalarda olan, suda həll olunan vitamindir. Araşdırmalarda qeyd edilir ki, məməlilər bədənlərində asanlıqla C vitamini istehsal edə bilsələr də, insanlar onu qidalar və ya əlavələr vasitəsilə əldə etməlidirlər.

ABŞ Milli Sağlamlıq İnstitutuna görə, 19 yaşdan yuxarı insanlar üçün bu vitamin kişilər üçün 90 mq, qadınlar üçün isə 75 mq təşkil edir.

C vitamini yaraların sağalmasına kömək edən birləşdirici toxumanın vacib komponenti olan kollagenin əmələ gəlməsi üçün lazımdır. Bundan əlavə, C vitamini, 2021-ci ildə “Nutrients” jurnalında dərc edilən bir araşdırmaya görə, dəmirin, xüsusən də bitkilərdə olan dəmirin udulmasına kömək edir.

İmmuniteti dəstəkləyən vitamin antioksidant kimi işləyir və bədəndəki digər antioksidanları bərpa edir. L-karnitinin istehsalında iştirak edir, enerji və protein metabolizmasını dəstəkləyir. Bədənin ən çox C vitamini olan hissələri gözlər, hipofiz vəzi, adrenal bezlər və beyindir.

Beyin haqqında danışarkən, “European Journal of Nutrition”da dərc edilən 2022-ci il tədqiqatı qeyd edir ki, C vitamini neyronları oksidləşdirici stressdən qoruyur və psixi sağlamlıq üçün faydalı ola bilər.

C vitamini ən çox bu qidalardadır:

-limon, layma, qreypfrut kimi sitrus meyvələrində;

-ananas, liçi, quava, papaya kimi tropik meyvələrdə;

-kivi;

-çiyələk;

-pomidor;

-brokoli, Brüssel kələmi, kələm, keyl kimi tərəvəzlərdə;

-bolqar bibəri;

-kartof...

QAZİLER.AZ

Diaspora