Qarlı günlərdə uşaqlarda daha çox hansı sümüklərinin sınıqları müşahidə oluna bilər?

Qarlı günlərdə uşaqlarda daha çox hansı sümüklərinin sınıqları müşahidə oluna bilər?  backend

Qarlı və küləkli havalarda yıxılma halları ilə tez-tez qarşılaşılır. Yıxılma sonrası bir çox dayaq hərəkət sistemi problemləri və baş beyin xəsarətləri yarana bilər. Həmin problemlər xəstələrin yaş və ümumi fizioloji durumuna görə fərqlilik göstərir. Uşaqlarda qarlı günlərdə bilək nahiyyəsində said sümüklərinin sınıqları daha çox müşahidə olunur. Bu sınıqlar zamanı bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunur. Aparılmış klinik və rentgenoloji müayinə sonrasında travmatoloq-ortoped həkim tərəfindən çox zaman uyğun konservativ müalicə ilə uğurlu bir şəkildə müalicə edilir. Cərrahi müalicəyə nadir hallarda ehtiyac olur.

QAZILER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, orta yaşlı insanlarda düşmə zamanı sınıqlar az müşahidə olsa da, mümkün bir vəziyyətdir. Xüsusilə baldır sümüklərinin spiral şəkilli və topuq sümüklərinin sınıqları daha çox müşahidə olunur. Həmin sınıqlar zamanı sınıq uclarında yerdəyişmə az olduğu hallarda konservativ müalicə edilərkən, yerdəyişməsi çox olan və oynaq xəttinə uzanan sınıqlar əksər hallarda cərrahi olaraq müalicə edilir. Çanaq üzərinə düşməklə bağlı olaraq büzdüm sümüyündə sınıq yarana bilir. Büzdüm sümüyü sınıqları konservativ yolla müalicə edilir və nəticələri qənaətbəxşdir. Konservativ müalicəyə cavab verməyən az bir xəstəyə gələcəkdə cərrahi müalicə lazım ola bilər.

 

Diaspora