Qışda uşağını bürüyüb gəzdirənlərə pediatr məsləhəti

Qışda uşağını bürüyüb gəzdirənlərə  pediatr məsləhəti backend

Pediatr, tibb elmləri doktoru Yevgeni Timakov əmindir ki, qışda gəzinti zamanı uşağı intensiv şəkildə sarımaq onu tənəffüs xəstəliklərindən qorumağa kömək etməyəcək.

Qaziler.az xəbər verir ki, mütəxəssis “KP.RU”ya bildirib ki, uşaqların immun sistemini gücləndirməyin ən təsirli üsulu soyuğa qarşı müqavimət gücünün artırılmasıdır.

“Uşağın bədənini soyumağa qarşı qoruyucu funksiyalarla cavab verməyə alışdırmaq üçün ilk növbədə onu bürüməyi dayandırmaq lazımdır. Gəzinti zamanı uşaq sərbəst oynamalı və tərli kələm başına bənzəməməlidir. Bu zaman  əksinə, daha tez xəstələnəcək", - həkim deyib.

O əlavə edib ki, uşağın sağlamlığı üçün qış gəzintiləri gündəlik olmalıdır. Yayda uşaqların mümkün qədər açıq havada olması da yaxşıdır. Pediatrın sözlərinə görə, orqanizm üçün müqavimətin ən güclü vasitəsi yayda açıq su hövzəsində üzməkdir. Ayaqyalın, o cümlədən müxtəlif kiçik əşyalar üzərində qaçaraq, yuyunma, gəzinti, gündəlik gimnastika və ayaqlarda reseptorların stimullaşdırılması da vacibdir.

QAZİLER.AZ

Diaspora