Rusiyada qadınların sterilizasiyası artıb

Rusiyada qadınların sterilizasiyası artıb backend

2022-ci ildə Rusiyada qadınlar üçün sterilizasiya (boruların bağlanması) əməliyyatlarının sayı son 16 ilin ən yüksək səviyyəsinə çatıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Medvestnik” məlumat yayıb.

Belə ki, 2010-cu ildə 15-49 yaş arasında olan 12500 qadın, 2022-ci ildə isə 15 min qadın sterilizasiya prosedurundan keçib. Sonuncu dəfə bu rəqəmlər 2006-cı ildə daha yüksək olub. O zaman həkimlər rus qadınları üzərində 17 mindən çox sterilizasiya əməliyyatı keçiriblər. Bundan sonra bu cür əməliyyatların sayı hər il azalsa da, 2014-cü ildə rəqəmlər yenidən artmağa başlayıb.

Analitiklər xatırladıblar ki, Rusiyada 35 yaşdan yuxarı kişilər və qadınlar ən azı iki uşağı olduqda sterilizasiya əməliyyatı keçirə bilərlər. İstisnalara tibbi səbəblərə görə əməliyyatlar daxildir.

QAZİLER.AZ

Diaspora