Yağlı və duzlu qidalardan tamamilə imtina etmək ürək və damar xəstəliklərinin əsas səbəblərindən biri olan stressi ağırlaşdıra bilər.
Qaziler.az bildirir ki, bunu kardioloq, tibb elmləri namizədi Anna Koreneviç deyib.
Ekspert qeyd edib ki, problem yağlı, duzlu və ya fast foodda deyil. "Məsələ ondan ibarətdir ki, insan bu və ya digər qidanın həddindən artıq olmasının təhlükələrini bilə-bilə yenə də onu seçir. Bu şəkildə yemək ehtiyacı yüksək səviyyədə stresə səbəb olur".
"Emosional sabitlik və vücudunuzla əlaqə sizə daha sağlam qidalar seçməyə kömək edə bilər", - həkim vurğulayıb.
Eyni zamanda həkim qidalanma ilə bağlı sərt qadağaların əleyhinə olduğunu da vurğulayıb. Anna Koreneviçin fikrincə, bu, əlavə stress yarada bilər. Mütəxəssis qeyd edib ki, özünüzə bəzi yeməkləri qadağan etmək əvəzinə elə etməlisiniz ki, sağlam qidalar yemək istəyəsiniz.
QAZİLER,AZ