Qazaxıstandan gələn təhlükəli “Coca-Cola” içkisi Moskva və onun vilayətlərində mağaza rəflərində görünməyə başlayıb. Bundan əvvəl həmin istehsalçının içkisi Krasnodar vilayətində peyda olub.
Qaziler.az xəbər verir ki, bu haqda məumatı “Mash” teleqram kanalı yayıb.
Kanal bir sıra yoxlamalardan sonra “Coca-Cola Almaty Bottlers” şirkətinin qazlı içkilərinin artıq keyfiyyətsiz olduğunu bəyan edib. İçkinin texniki qaydalara uyğun olmadığı üzə çıxıb. Xüsusilə, tərkibində siyahıda olmayan aspartam aşkarlanıb.
Krasnodar vilayətinin səlahiyyətliləri yerli sakinləri etiketlərə diqqətlə baxmağı və bu qazlı içkiləri almamağa çağırıb. Mağazalardan malların təcili çıxarılması ilə bağlı da sərəncam verilib. Kanalın məlumatına görə, kolanın tərkibində olan kimyəvi əlavələr potensial olaraq sağlamlıq və həyat üçün təhlükə yarada bilər.
QAZİLER.AZ