“Yunan salatını bir neçə ay dondurucuda saxlamaq olar”.
Qaziler.az bildirir ki, bunu texnoloq Yelena Erşova “Life.ru” ilə söhbətində bildirib. Ekspert kələm əsasında hazırlanan salatların: ağ kələm, Çin kələmi və ya gül kələminin dondurulduqdan sonra tərkibini qoruyub saxlaya biləcəyini açıqlayıb. O, həmçinin yağlı salatların da saxlana biləcəklərini, dadlarını itirməyəcəklərini vurğulayıb.
“Soyuducuda mənfi 2 ilə 6 dərəcə arasında olan bir temperaturda çiy tərəvəz və ya meyvələrdən əldə edilən salatların əksəriyyəti, ət, quş əti, hisə verilmiş ət və qaynadılmış tərəvəzlərdən əldə edilən salatlar, sos əlavələri ilə birlikdə 18 saatdan çox olmamaqla etibarlı şəkildə saxlamaq olar”, - texnoloq bildirib.
Lakin mütəxəssis mayonezli salatları dondurmamağı tövsiyə edib. Çünki donu açıldıqdan sonra bu salatların dadı və faydası itir. Xama və qatıqla dadlandırılan yeməklər də uzun müddət saxlamaq üçün nəzərdə tutulmayıb. Belə souslar isti otaqda qaldıqdan yarım saat sonra turşumağa başlayır.
Mütəxəssis həmçinin meyvə salatları üçün yalnız yuyulmuş və yaxşıca qurudulmuş məhsullardan istifadə etməyi məsləhət görüb.
QAZİLER.AZ