Sağlamlıq üçün təhlükəsiz olan kofeinin dozası açıqlanıb

Sağlamlıq üçün təhlükəsiz olan kofeinin dozası açıqlanıb backend

“Sağlam insan üçün təhlükəsiz olan kofeinin təxmini gündəlik dozası dörd fincan qəhvədən çox olmamalıdır”.

Qaziler.az xəbər verir ki, bunu dietoloq Yelena Solomatina “Veçerney Moskvoy” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, belə canlandırıcı içki mənfi reaksiyalara səbəb olmur.

Bu doza insanin vəziyyətini yaxşılaşdıran və degenerativ xəstəliklərdən qoruyan  orqanizm üçün bir növ enerjidir”, - mütəxəssis izah edib.

Eyni zamanda, o xatırladıb ki, kofein ona qarşı həssaslığı olan şəxslərə və ya dozası aşıldığında zərərlidir. Bu zaman həmin şəxsdə narahatlıq, həyəcanlılıq, ürək döyüntüsü arta, baş ağrıları və başgicəllənmə, həmçinin ürək bulanması ola bilər. Bundan əlavə, bir fincan qəhvə və ya enerji içkisi içdikdə yuxululuq hissi yaranırsa, bu, bədənin fiziki və əsəbi tükənməsinin əlamətidir, təcili istirahət tələb edir.

Həkim onu ​​da bildirib ki, insanların kofeinə qarşı həssaslığı yaş artdıqca artır. Buna görə də 50 yaşdan sonra kofein tərkibli məhsullardan imtina etmək daha yaxşı olar.

QAZİLER.AZ

Diaspora