"Qidalanmanızda pizza və digər zərərli qidalar olsa belə, arıqlamaq üçün onlardan imtina etməməlisiniz".
Qaziler.az bildirir ki, bu fikirləri Dietoloq Anastasiya Petruçişina “MK v Çite”nin müxbiri ilə müsahibəsində deyib. Mütəxəssis bir dəfə üçün yeyilən artıq kalorinin heç bir şəkildə pəhrizə zərər verməyəcəyini vurğulayıb. Lakin qidalanmanıza nəzarət etməsəniz, yağ yığılmağa başlayacaq.
"Bilinən yanlış fikir: axşam pizza yeyirsinizsə, növbəti səhər tərəzi bir neçə kiloqram artıq göstərəcək. Gündəlik kalori qəbulunu bir dəfə aşmaqla pis bir şey olmayacaq. Yalnız uzun müddət artıq kalori qəbul etdikdə yağ yığılmağa başalayacaq”, - dietoloq izah edib.
Diyetoloq məsləhət görüb ki, insan bu və ya digər qidaları nə üçün yediyi haqda özünə sual verməlidir? Qidalanma təkcə funksional deyil, həm də zövqlü olmalıdır. Bu baxımdan pəhrizinizi elə təşkil etməlisiniz ki, orada xoşunuza gələn dadlı, həm də zərərli qidalar üçün də yer olsun.
Petruçişin şirniyyat və “fast food” üçün ümumi pəhrizin 20% -ni ayırmağı tövsiyə edib.
QAZİLER.AZ