Gələn aydan qaydalar dəyişir - Köhnə reseptlər tarixə qovuşacaq

Gələn aydan qaydalar dəyişir -  Köhnə reseptlər tarixə qovuşacaq backend

Həkim reseptlərinin yeni qayda ilə yazılması üçün sistem tam hazırdır və 2024-cü il yanvarın 1-dən istifadəyə veriləcək.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzidən bildirilib.

Qeyd edilib ki, dərman vasitələri həkimlər tərəfindən reseptə yazılarkən, onların ticarət adı deyil, yalnız təsiredici maddə və tərkibi qeyd edilməlidir:

 

"Həmçinin, “Dərman vasitələri haqqında” Qanuna müvafiq dəyişikliklərə əsasən, yanvar 2024-cü il tarixindən ölkədə elektron resept sisteminə keçid nəzərdə tutulub. Elektron resept sistemində həkimlər yalnız dərman vasitəsinin təsiredici maddəsinin adını qeyd etməli olacaqlar".

Qeyd edək ki, “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklik Prezident İlham Əliyevin 15 avqust 2023-cü il tarixli fərmanı ilə təsdiq edilib və 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Diaspora