Buğda unu olduqca təhlükəlidir - "Digər növlərlə əvəz edin"

Buğda unu olduqca təhlükəlidir - "Digər növlərlə əvəz edin" backend

Məşhur endokrinoloq və qastroenteroloq Dilyarə Lebedeva buğda ununun təhlükəsi barədə xəbərdarlıq edib.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, o, bu barədə "Telegram" kanalında məlumat verib.

"Bu unun praktiki olaraq heç bir bioloji dəyəri yoxdur. Yüksək glisemik indeksə və yüksək kalorili məzmuna malikdir. Tərkibində bağırsağın tüklü hissəsində toplanan vitaminlərin və digər faydalı maddələrin tam sorulmasına mane olan qlüten var", - Lebedeva deyib.

Mütəxəssis qeyd edib ki, buğda unundan xüsusilə piylənmə, qlütenə qarşı dözümsüzlük və şəkərli diabet xəstələri istifadə etməməlidirlər.

Lebedeva zərərli unu digər növlərlə - düyü, badam, amaranth, kokos və ya qarabaşaq yarması ilə əvəz etməyi tövsiyə edib.

 

 

 

 

Diaspora