Hollandiya Xərçəng İnstitutunun tədqiqatçıları təsadüfən əvvəllər diqqətlərini çəkməyən yeni bir orqan kəşf ediblər.
Qaziler.az Türkiyə KİV-nə istinadla bildirir ki, tədqiqatçılar şişin müalicəsi üçün radioaktiv qlükoza inyeksiya edilmiş xəstələrə CT və PET müayinələri aparıblar.
Rentgen skanları araşdıran həkimlər inyeksiya zamanı başın içərisində iki nahiyənin işıqlandığını görüb və orada bir cüt tüpürcək vəzi olduğunu irəli sürüblər.
Araşdırmaçı qrup orqanın izinə düşüb və ona "borucuq tüpürcək vəzi" adını verib.
Bu orqan üzün bir az altında, burnun arxasında, burun boşluğunun boğazla birləşdiyi yerdə yerləşir və "burun və ağızın arxasındakı bölgəni nəmləndirməyə" xidmət edir.
Beləliklə, bu vaxta kimi insan bədənində 78 müxtəlif orqan var idisə, artıq onların sayının 79 olduğunu deyə bilərik.
QAZİLER.AZ