Həkim Maykl Mosli yaddaşı və problem həll etmə bacarıqlarını inkişaf etdirə bilən heyrətamiz bir üsul ortaya qoyub.
Qaziler.az “Çempionat.com”a istinadla bildirir ki, bu qədim təcrübənin Çində yarandığı güman edilir.
Söhbət geriyə doğru addımlamaqdan gedir. Maykl Mosli qeyd edib ki, geriyə 100 addım atmaq, 1000 addım irəli atmaq qədər effekktlidir.
Həkimin sözləri Böyük Britaniyanın Roxempton Universitetinin tədqiqatçıları tərəfindən təsdiqlənir. Elm adamları 100 könüllüdən videoya baxmağı və sonra irəli, geri hərəkət etməyi və ya yerində qalmağı xahiş ediblər. Onlar diqqət ediblər ki, geriyə doğru hərəkət edən qrup həmişə videodakı məlumatları digərlərindən daha çox xatırlayırlar.
Mosli həmçinin əlavə edib ki, geriyə doğru yerimək reaksiya müddətini artırır və beyin resurslarını səfərbər etmək üçün güclü bir tətikdir.
QAZİLER.AZ