Hər gün üç dəqiqədən çox saqqız çeynəmək qastrit və mədə eroziyası da daxil olmaqla bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər.
Qaziler.az bildirir ki, bu barədə Gazeta.Ru-ya stomatoloq, periodontoloq, tibb elmləri namizədi Elena Martınova deyib.
“Saqqız çeynəyərkən tüpürcəkdə kəskin artım olur, çünki beynimiz onu qida kimi qəbul edir. Əgər çeynəmə üç dəqiqədən çox davam edərsə, refleks olaraq çoxlu miqdarda xlor turşusu və mədə şirəsi ayrılır”, - Martınova bildirib. Onun sözlərinə görə, bu, turşuluğun artmasına, qastrit və mədə eroziyasına səbəb ola bilər.
Həkimin sözlərinə görə, saqqız yeyilməz rezin bazadan və şirin əlavələrdən ibarətdir. Şəkərli belə saqqız kariyesə səbəb olan mikroorqanizmlərin çoxalmasına kömək edir və faydalı bakteriyaların balansını pozur. Ona görə də həkimşəkərsiz dadlandırıcı ilə saqqız seçməyi tövsiyə edir.
Ancaq çox şəkərsiz saqqız çeynəmək dadlandırıcıların yan təsiri olaraq həzm sisteminin pozulmasına səbəb ola bilər.
"Yadda saxlamalıyıq ki, mentol bizə yalnız müvəqqəti təzə nəfəs hissi verir, lakin saqqız çeynəməyin özü kariyes və diş əti xəstəliklərinin qarşısını almağa kömək etmir və müntəzəm ağız gigiyenasını əvəz etmir", - deyə həkim əlavə edib.
QAZİLER.AZ