Dişlərimizi necə sağlam saxlaya bilərik? - Həkim məsləhəti

Dişlərimizi necə sağlam saxlaya bilərik? - Həkim məsləhəti backend

“Yaş artıqda dişin mina qatı köhnəlir, sərt toxuma təbəqəsi tədricən incələşir. Ona görə də dişlərin vəziyyətinə nəzarət etmək lazımdır”.

Qaziler.az bildirir ki, bu fikirləri diş həkimi Maqomed Daxkilqov “Lenta.ru” ilə söhbətində deyib. O, belə vəziyyətdə kronların diş sağlamlığını qorumağa kömək edə biləcəyinə aydınlıq gətirib.

“Yaşla bağlı açıq aşınma görünəndə tədbirlər görülməlidir. Məsələn, dişləri qorumaq və onların məhv edilməsinin qarşısını almaq üçün kronlardan istifadə edin”, - diş həkimi izah edib.

Həkim vurğulayıb ki, bundan əlavə, yalnız ağrı baş verdikdə deyil, diş müayinəsi üçün həkimə müraciət etməlisiniz. Bu, dişlərin kariyesə səbəb olan patogenlərə məruz qalması ilə əlaqədardır ki, bu da ilkin mərhələdə özünü göstərməyə bilər.

Həkim diş sağlamlığının bədənin sağlamlığına təsir göstərə biləcəyini də xatırladıb. Belə ki, mina qatı silindikdə insanın çeynəməsi çətinləşir və zəif çeynənmiş qida mədə-bağırsaq xəstəliklərinə səbəb olur. Bundan başqa, yaşlandıqca dişlər təbii hündürlüyünü itirir, bu da baş ağrısı, boyun ağrısı, eşitmə itkisi, yuxu problemi və bulanıq görməyə səbəb ola bilər.

Firuzə Alimova

QAZİLER.AZ

Diaspora