Rusiya Səhiyyə Nazirliyi yenilənmiş tərkibdə koronavirus infeksiyasına qarşı “Sputnik Light” peyvəndini qeydiyyata alıb.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, dərman klinik sınaqlardan keçirilib və əlverişli immunogenlik və təhlükəsizlik profili nümayiş etdirib.
“Rusiya Səhiyyə Nazirliyi yenilənmiş antigen tərkibli yeni koronavirus infeksiyasının qarşısının alınması üçün “Sputnik Light” peyvəndini qeydiyyata alıb. Antigenik tərkibi Rusiya Səhiyyə Nazirliyinin göstərişi ilə yenilənmişdir”, - məlumatda bildirilib.
Həmçinin Rusiya Səhiyyə Nazirliyi açıqlayıb ki, hazırda laboratoriyalarda yenilənmiş peyvəndin ilk partiyalarına dövlət nəzarəti prosesi başa çatdırılır. Qeydiyyatdan keçdikdən sonra “Sputnik Light” istehsalçısı dərmanı dövriyyəyə buraxa və Rusiya regionlarına tədarük etməyə başlaya biləcək.
QAZİLER.AZ