İşıq terapiyası Alzeimer xəstəliyi olan xəstələrdə yuxu və zehni rifahı əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Qaziler.az xəbər verir ki, bunu “PLOS One” jurnalında dərc olunan araşdırmanın müəllifləri bildiriblər.
Alzeimer xəstəliyi ilə əlaqəli koqnitiv tənəzzül tez-tez yuxu pozğunluğu və psixi pozğunluqlar, o cümlədən laqeyd və depressiv davranış, aqressiya ilə müşayiət olunur. Yeni araşdırmada tədqiqatçılar sirkadiyalı ritmlərə nəzarətdə əsas rol oynayan beynin supraxiazmik nüvə sahəsini stimullaşdırmağa yönəlmiş işıq terapiyasının effektivliyini qiymətləndiriblər.
Alzeimer xəstəliyi olan 598 xəstəni əhatə edən 15 yüksək keyfiyyətli tədqiqat təhlil edilib. Daxil edilən sınaqlar 2005-2022-ci illər arasında dərc edilib və yeddi ölkədə aparılıb. Onlar təsdiq ediblər ki, işıq terapiyası yuxu keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, normal sirkadiyalı ritm dəyişməsini təşviq edib və sutka ərzində dəyişkənliyi azaldıb. Bundan əlavə, terapiya onların baxıcılarının üzərinə düşən yükü azaldıb. Depressiya və təşviş əlamətləri - emosional oyanış, narahatlıq və qorxu ilə müşayiət olunan motor narahatlığı da yumşalıb.
Müəlliflər belə qənaətə gəliblər ki, işıq terapiyası Alzheimer xəstəliyinin bəzi simptomları üçün perspektivli müalicə variantıdır, lakin daha geniş tədqiqatlara ehtiyac var.
QAZİLER.AZ