Qızılca orqanizmdə hansı fəsadlara yol aça bilər? - AÇIQLAMA

Qızılca orqanizmdə hansı fəsadlara yol aça bilər? -  AÇIQLAMA backend

“Qızılca ağır infeksion xəstəlikdir və ağırlaşmalar fəsadlara yol aça bilər”.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda qızılca haqqında danışarkən deyib.

T.Eyvazov qeyd edib ki, fəsadlardan birincisi viral pnevmoniyadır:

“Lakin eyni ilə ikincili bakterial infeksiyanın qoşulmasından da qarışıq viral bakterial pnevmoniya inkişaf edə bilər. Bundan başqa tənəffüs yollarında zədələnmələrə larinqotraxeobronxitlər,  bronxolitlər aiddir. Həzm traktının zədələnməsi diareya şəkilində özünü göstərir. Bu zaman qastroenteritlər təsadüf edilir. Bəzi hallarda qaraciyərin iltihabı - hepatit və limfa düyünlərinin zədələnməsi, hətta kəskin appendisit inkişaf edə bilər. Uşaqlarda orta qulağın iltihabı daha çox rast gəlinir və bakterial mənşəli olur. Ürək-damar sisteminin zədələnməsi kimi çox az hallarda miokarditlər rast gəlir. Sinir sisteminin zədələnməsi nadir də olsa baş verir. Buna ensefalitlər və s. aiddir”.

İnfeksionist onu da qeyd edib ki, qızılca virusunun spesifik müalicəsi yoxdur:

“Amma qoşulmuş ikincili infeksiyalarda, təbii ki, antibakterial terapiyadan istifadə olunaraq bu hallar müalicə olunur”.

Diaspora