Dərinin sürətli qocalmasına spirt içmək, tez-tez günəşdə qalmaq və stress təsir edə bilər.
Qaziler.az bildirir ki, bu barədə dekabrın 6-da Gazeta.Ru ilə söhbətində "Beauty Time" klinikasının kosmetoloqu və dermatoveneroloqu Sofiko Daraseliya deyib.
“Spirt üzdəki şişkinliyi artırır, üzdə, xüsusən də yanaq nahiyəsində olan qan damarlarının zədələnməsinə səbəb olur və ümumiyyətlə qocalmanı sürətləndirir. Bu, xüsusilə də böyük miqdarda içki qəbul edənlərə aiddir”, o qeyd edib.
Bundan əlavə, Daraseliya vurğulayıb ki, günəş işığına məruz qalma kollagen liflərinin məhvinə və dəri piqmentasiyasının görünüşünə kömək edə bilər.
Mütəxəssis onu da qeyd edib ki, insanın tez-tez stresli vəziyyətdə olması xüsusilə dərinin sağlamlığına təsir edir, bu səbəbdən “gəncliyin qorunmasında stressin qarşısının alınması vacib aspektdir”.
Bundan əlavə, həkim düzgün qidalanmanı və aktiv həyat tərzi keçirməyi tövsiyə edib, əks halda dəri daha sürətlə qocalacaq.
QAZİLER.AZ