Kişilərdə qripə qarşı dözümsüzlüyün səbəbi müəyyən edilib

Kişilərdə qripə qarşı dözümsüzlüyün səbəbi müəyyən edilib backend

Kişilər qadınlarla müqayisədə qripi daha ağır keçirir, həmçinin boğaz və oynaqlarda daha çox ağrı yaşayırlar.

Qaziler.az-ın məlumatına görə, "Daily Mail" yazır ki, bunu dietoloq Cenna Xoup deyib.

Xoup kişilərin qripə qarşı daha az dözümlü olmasının səbəbini bədənlərinin xüsusiyyətləri ilə izah edib. O, aydınlaşdırıb ki, kişi cinsi hormonu olan testosteron immunitet sistemini sıxışdırır, ona görə də soyuqdəymə və qripin simptomları daha kəskin hiss olunur və daha uzun müddət keçmir. "Onlar həqiqətən xəstələndikdə qadınlardan daha çox əziyyət çəkirlər", - deyə dietoloq bildirib.

Eyni zamanda Xoup qadın immun sisteminin daha möhkəm olduğunu qeyd edib. Onun sözlərinə görə, bu xassə qadınlarda kişilərdən qat-qat yüksək olan estrogen və progesteron hormonları tərəfindən təmin edilir.

İmmunitet sisteminizi gücləndirmək üçün Xoup qripə qarşı peyvənd etməyi və gündəlik rejimə riayət etməyi məsləhət görür.

Onun fikrincə, səkkiz saatlıq yuxu orqanizmi viruslardan daha yaxşı qorumağa kömək edir.

QAZİLER.AZ

Diaspora