Banan sağlam zülallar və digər həyati qida maddələri ilə zəngin olduğu üçün bir çoxunun sevdiyi meyvələrdəndir.Ancaq bananları müəyyən qidalarla birləşdirməyin mənfi təsirləri ola və ümumi sağlamlığa təsir edə bilər.
Qaziler.az bildirir ki, bananla birlikdə yeməkdən çəkinəcəyimiz 5 qida haqqında “Timesofİndia” yazı dərc edib.
Belə ki, şəkərli qəlyanaltılar və ya işlənmiş karbohidratlarla banan yemək qan şəkərinizin artmasına və qəfil düşməsinə səbəb ola bilər. Bu, yeməkdən dərhal sonra yorğunluq və aclıq hissi yaradacaq.
Yaşıl və ya yetişməmiş bananların yetişmiş bananlarla qarışdırılması həzm narahatlığına səbəb ola bilər. Çünki yaşıl bananlarda həzm edilməsi daha çətin olan və bəzi insanlarda şişkinlik, köp yarada bilən dayanıqlı nişasta var.
Bananı portağal və ya qreypfrut kimi sitrus meyvələri ilə birləşdirmək bəzi insanlarda mədənin pozulmasına və ya narahatlığa səbəb ola bilər. Buna səbəb, həm banan, həm də sitrus meyvələrində turşuluğun olması və hər ikisinin mədəyə sərt təsir etməsidir.
Bananları digər şirniyyat və desertlərlə birləşdirmək həddindən artıq şəkər istehlakına səbəb ola bilər ki, bu da çəki artımına və digər sağlamlıq problemlərinə gətirib çıxarar.
Banan və avokadonun tərkibində yüksək miqdarda kalium var. Hər ikisinin eyni anda yeyilməsi hiperkalemiyaya - qanda kaliumun səviyyəsinin həddindən artıq qalxması ilə xarakterizə olunur. Buna görə də onların birləşməsindən qaçmaq lazımdır.
Firuzə Alimova
QAZİLER.AZ