Soyuq havada yun əlcək taxmaq təhlükəlidir – Dermatoloq

Soyuq havada yun əlcək taxmaq təhlükəlidir – Dermatoloq backend

"Yun əlcəklər şaxtalı havada əllər üçün yaxşı müdafiədir, lakin allergiyası olan insanlar soyuqdavamlı sintetik materiallardan hazırlanmış aksesuarlara üstünlük versə, daha yaxşı olar”.

Qaziler.az bildirir ki, bu məsləhəti dermatoloq Yuri Jernov Gazeta.Ru-ya müsahibəsində verib. O bildirib ki, yun məhsulları allergik reaksiyaya səbəb ola bilər.

“Təbii yun məmulatlarının tərkibində təbii yun mumu lanolin olur. Bir tərəfdən əlcəyə yumşaldıcı keyfiyyət verir, digər tərəfdən isə potensial allergik vasitədir”, - həkim bildirib.

Na görə də dermatoloq allergiya xəstələrinə, xüsusən də atopik dermatitdən əziyyət çəkənlərə təbii qoyun yunundan hazırlanmış əlcəklərdən uzaq durmağı tövsiyə edib.

Firuzə Alimova

QAZİLER.AZ

Diaspora