Süni intellektlə beyin əməliyyatları nə vaxt mümkün olacaq?

Süni intellektlə beyin əməliyyatları nə vaxt mümkün olacaq? backend

Həkimlər üçün ən riskli əməliyyatlar arasında yer alan beyin əməliyyatlarında süni intellektdən faydalanmaq mümkündürmü?

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bu ehtimal İngiltərədə araşdırılır və aparıcı neyrocərrahlardan biri olan Hani Markusun sözlərinə görə, bu sualın cavabı bəlidir.

İki il ərzində süni intellektdən istifadə edilməklə daha təhlükəsiz və təsirli beyin əməliyyatlarının edilə biləcəyi bildirilib.

London Universitet Kollecində təcrübə keçən cərrahlar qapalı beyin əməliyyatlarını daha dəqiq yerinə yetirməyi öyrənmək üçün yeni süni intellekt texnologiyası ilə işləyirlər. Universitetdə inkişaf etdirilən süni intellekt texnologiyası beynin mərkəzindəki kiçik şişləri və qan damarları kimi kritik strukturlar üzərində çalışır.

Beyin əməliyyatları çox çətin əməliyyatlardır və dəqiqliklə yerinə yetirilməlidir. Hətta bir millimetr səhvi xəstənin dərhal ölümünə səbəb ola bilər. Xüsusilə beynin mərkəzində üzüm böyüklüyündə olan hipofiz vəzi həyati əhəmiyyət daşıyır. Bu sahə bədənin bütün hormonlarını idarə edir və onun zədələnməsi korluğa da səbəb ola bilər.

 

 

 

 

Diaspora